Bərdədə əməliyyat: Rayon sakini 8 kiloqram çətənə kolu ilə yaxalandı

Bərdədə əməliyyat: Rayon sakini 8 kiloqram çətənə kolu ilə yaxalandı

Hazırda oxunan: Bərdədə əməliyyat: Rayon sakini 8 kiloqram çətənə kolu ilə yaxalandı

72912

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Lənbəran kənd sakini Əlizamin Hüseynov saxlanılıb. 

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman istixanada aqrotexniki qaydada yetişdirdiyi 69 ədəd və əlavə olaraq qurutmaq üçün istifadə etdiyi, yaş halda çəkisi 8 kiloqramdan artıq olan çətənə bitkisi aşkarlanaraq götürülüb. 

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Elgün Gəncimsoy, Bizim.Media-nın Qarabağ bürosu      

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO