Xəbər verdiyimiz kimi, dövlət qurumları adından elan saytlarına saxta vakansiyalar yerləşdirən Sərəstan Bəşirov adlı şəxs saxlanılıb. O, işlə bağlı onunla əlaqə saxlayan hər bir vətəndaşdan sığorta haqqı adı ilə müxtəlif məbləğlərdə pul vəsaitləri alıb. Bu yolla 200-dən artıq şəxsin pulunu ələ keçirərək dələduzluq edib.
Onunla bağlı lent.az yeni məlumatlar əldə edib.
Bizim.Media xəbər verir ki, Sərastan Bəşirov “Sərastan Gur” imzası ilə şerlər yazır. O, əvvəllər xəbər portallarından birində redaktor kimi çalışıb.
MÖVZU İLƏ BAĞLI:
Dövlət qurumları adından saxta iş elanı ilə 200 nəfərin pulunu ələ keçirdi - VİDEO
S. Bəşirovun hazırda "Xəzər" televiziyasında çalışdığı bildirilir.
Bizim.Media