Nigar Arpadarai: “Bütün sınaqlardan üzüağ çıxa bildik”

Nigar Arpadarai: “Bütün sınaqlardan üzüağ çıxa bildik”

Hazırda oxunan: Nigar Arpadarai: “Bütün sınaqlardan üzüağ çıxa bildik”

7262

“Nəhayət ki, torpaqlarımızı işğaldan azad edə bildik. Bu haqda hələ çox danışılacaq, çünki bizim ordumuz, hərbçilərimiz böyük cəsarətlə torpaqları işğaldan azad edə bildi. 2020-ci il mənim üçün əsasən onunla yadda qaldı ki, Azərbaycan xalqı olaraq bütün sınaqlardan üzüağ çıxa bildik və həmrəy olduq”.

Bunu Bizim.Media-ya açıqlamasında millət vəkili Nigar Arpadarai bildirib.

O vurğulayıb ki, qələbə ilə yanaşı yola saldığımız il Azərbaycan xalqının birliyi ilə də yadda qaldı:

“İlin əvvəlində pandemiyanın çətinlikləri və bizim könüllülərimizin canfəşanlıqla aztəminatlı ailələrə köməyi və s. məqamlarla yadda qaldı. Əlbəttə ki, ilin ikinci yarısında, bir daha təkrarlayıram, torpaqlarımızın işğaldan azad olunması və xalqın Ali Baş Komandan ilə birliyi mənim üçün ən parlaq hadisələrdən oldu”.

2021-ci ildə bizi hələ çox işin gözlədiyini deyən millət vəkili işğaldan geri qaytarılan torpaqlarımızda aparılacaq yenidənqurmadan söz açıb:

“Amma gözləntilərim pozitivdir. Dövlətimizə inkişaf, xalqımıza rifah arzu edirəm. Əminəm ki, biz həmrəy olaraq bütün çətinliklərdən çıxacağıq”.

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO