Xudatda it qapan 8 nəfərin SON VƏZİYYƏTİ – Quduzluq təhlükəsi varmı? 

Xudatda it qapan 8 nəfərin SON VƏZİYYƏTİ – Quduzluq təhlükəsi varmı? 

Hazırda oxunan: Xudatda it qapan 8 nəfərin SON VƏZİYYƏTİ – Quduzluq təhlükəsi varmı? 

72400

Ötən gün Xaçmazın Xudat şəhərində 8 nəfəri sahibsiz it tutması barəsində məlumat vermişdik. Bu fakt yerli sakinlərlə bərabər rəsmi qurumları da ciddi narahat edib. 

Ortaya suallar çıxır. Əhali arasında quduzluğun yayılmaması üçün hansı tədbirlər görülməlidir? Küçə itlərinin hansı halda zərərsizləşdirilməsi mümkündür? 

Xaçmaz rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru Bəxtiyar Haqverdiyev Bizim.Media-ya hadisədən xəbərdar olduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Sahibsiz küçə itlərinin 8 nəfəri dişləməsi ilə bağlı RƏSMİ AÇIQLAMA


Onun sözlərinə görə,"dərhal həmin insanlara Xaçmaz rayon mərkəzi xəstəxanasında quduzluğa qarşı vaksin vurulub. On gün ərzində zərərçəkənlərə 3 dəfə  quduzluq əleyhinə vaksin vurulacaq və nəzarət davam etdriləcək".

Bəxtiyar Haqverdiyev məlumat verib ki, sakinlərin sahibsiz heyvanlar tərəfindən hücuma məruz qalması barədə Qida Təhlükədizliyi Agentliyinə də məlumat verilib:

“Əvvəllər Baytarlıq Xidmətinə deyirdik. İndi bu qurum məşğul olur. Onun sözlərinə görə, insanları dişləyən itin aşkarlanmasına  başlanılıb. Aşkar olunandan sonra həmin heyvan nəzarətə götürülür, it 10 gün ərzində ölürsə, deməli, quduzdur”.

Xaçmaz gigiyena və epidemiologiya mərkəzinin direktoru bu işdə yerli bələdiyyələrin   çox iş görməli olduğunu da bildirib: 

“Xəstə heyvanlar nəzarətə götürülməlidir. Onlar üçün bir sığınacaq yeri ayrılmalıdır. Hələlik bizdə belə yerlər olmasa da barəsində düşünülməlidir, bu şəkildə laqeyd qala bilmərik”.

Məsələyə Xaçmaz rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Rəhimə Şirinova da münasibət bildirib:

“İt qapan insanlar nəzarətimizdədir. Xəstəxanada kifayət qədər quduzluğa qarşı  vaksin ehtiyatımız var”.
Onun sözlərinə görə, ötən gün sahibsiz itlərin hücumuna məruz qalan 8 şəxsin hamısı Xudat şəhərindən deyil, diğər yaşayış məntəqələrində də qeydə alınanlardır.

Mövzuya yenə qayıdacağıq.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO