İmtahanda bir şagirddə “ağıllı” saat aşkarlandı

İmtahanda bir şagirddə “ağıllı” saat aşkarlandı

Hazırda oxunan: İmtahanda bir şagirddə “ağıllı” saat aşkarlandı

72211

Bu gün keçirilən orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı zamanı 1 nəfərdə “ağıllı” saat aşkarlanıb.

Bu barədə Bizim.Media-ya Dövlər İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib:

"İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Sabah keçiriləcək imtahan iştirakçılarına bir daha sənədləri ilə diqqətli olmağı və onları qaydasına salmağı tövsiyə edirik".
Qeyd edək ki, Bakı şəhərinin Nəsimi, Nərimanov rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bərdə, Cəlilabad (II hissə), Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad, Xaçmaz (II hissə) rayonlarında, Şəki şəhərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 107 imtahan binası, 1919 imtahan zalı ayrılıb.

İmtahanların idarə olunmasına 107 ümumi imtahan rəhbəri, 317 imtahan rəhbəri, 2345 nəzarətçi-müəllim, 231 buraxılışı rejimi əməkdaşı (mühafizə), 107 bina nümayəndəsi ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO