Azərbaycanda sabahdan maska tələbi ləğv edilir

Azərbaycanda sabahdan maska tələbi ləğv edilir

Hazırda oxunan: Azərbaycanda sabahdan maska tələbi ləğv edilir

72142

Azərbaycanda sabahdan tibbi maska tələbi ləğv edilir. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti aprelin 22-də qərar verib. 

Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv olunur. 

Eyni zamanda, sabahdan Azərbaycanın beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımayacaq və yalnız tövsiyə edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO