Zakir Qaralov Biləsuvarda vətəndaşlarla görüşəcək

Zakir Qaralov Biləsuvarda vətəndaşlarla görüşəcək

Hazırda oxunan: Zakir Qaralov Biləsuvarda vətəndaşlarla görüşəcək

72038
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il martın 30-da saat 11:00-da Biləsuvar rayon prokurorluğunun inzibati binasında Biləsuvar, Cəbrayıl, İmişli, Cəlilabad və Neftçala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Biləsuvar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO