"Azərsun Sənaye Parkı”dakı yanğına görə sığorta ödənişi veriləcək 

Hazırda oxunan: "Azərsun Sənaye Parkı”dakı yanğına görə sığorta ödənişi veriləcək 

71984

"Azərsun Holdinq" MMC-nin Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki "Azərsun Sənaye Parkı”da baş vermiş yanğına görə sığorta ödənişi veriləcək. 

Bizim.Media xəbər verir ki, bunu "Report"a holdinqə məxsus, Parkın sığorta olunduğu "Azərbaycan Sənaye Sığorta" ASC-nin İdarə Heyətinin sədr müavini Samir Məmmədov bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtdakı yanğından yeni görüntülər - Helikopterlər belə işləyir... / VİDEO


Bununla belə, o, sığorta ödənişinin məbləği barədə konkret açıqlama verməyib və bu rəqəmin dəymiş ziyan hesablandıqdan sonra məlum olacağını deyib. 

Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında baş verib. Alov təxminən 5 000 kv.m sahəni əhatə edib. Fövqəladə Hallar Nazirliyinin (FHN) gördüyü tədbirlər nəticəsində onun 4 000 kv.m-lik hissəsində yanğın söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO