Bakıda yol polislərindən qadın sürücülərə sürpriz -  VİDEO

Bakıda yol polislərindən qadın sürücülərə sürpriz - VİDEO

Hazırda oxunan: Bakıda yol polislərindən qadın sürücülərə sürpriz - VİDEO

71826
Bu gün 8 Mart qadınlar günündə Bakının mərkəzi küçələrində avtomobil idarə edən xanım sürücülər hər il olduğu kimi, bu il də hədiyyəsiz qalmadı. Yol polisi əməkdaşları qayda pozuntusuna yol verməyən xanım sürücüləri gülər üzlə qarşılayıb hədiyyələrlə yola saldı.

Respublika Dövlət Yol Polis İdarəsinin əməkdaşları bu gün paytaxt küçələrində avtomobil idarə edən bütün xanım sürücüləri saxladı. Amma bu dəfəki, saxlamanın məqsədi fərqli idi. Cərimə yazmağa deyil, təbrik etmək üçün idi.

Xanım sürücülər əvvəlcə yol polisinin onları saxlamasından həyacanlansalar da, sonra vəziyyəti anladılar.

Polisin hədiyyə təqdim etməsi isə onları əməli başlı təəccübləndirdi.

Respublika Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, bəlkə də qadın sürücüləri saxlayanda, onlar yol polisinin hər hansı bir iradına tuş gələcəklərini gözləyirdilər. Amma yol polisinin bü günkü münasibəti qadın sürücülər üçün bir sürpriz oldu. Biz də bütün xanımlara, analar, bacılara yollarda təhlükəsiz yol arzulayırıq. Və arzu edirik ki, hər bir xanım zərif bir cinsin nümayəndəsi olduğunu düşünsün və yollarda bütün hərəkət iştirakçılarına nümunə olsunlar.

Respublika Dövlət Yol Polis İdarəsin artıq bir neçə ildir ki, bu layihəni həyata keçirərək 8 Mart günü yollarda xanım sürücüləri təbrik edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO