Gəncədə \

Gəncədə \"Mercedes\" “KamAZ”a çırpıldı: xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Gəncədə \"Mercedes\" “KamAZ”a çırpıldı: xəsarət alanlar var - FOTO

71819

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın Gəncə bürosunun məlumatına görə, hadisə şəhərin Bakı istiqamətində girişində, Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb. 

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili qarşıda gedən “KamAZ” markalı yük maşınına arxadan çırpılıb. 

Qəza nəticəsində minik maşınının sürücüsü və onun sərnişinləri - Bərdə rayon sakinləri 1998-ci il təvəllüdlü Kənan Salahov, 1980-ci il təvəllüdlü Abdullayev Polad xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO