Biləsuvarda avtomobillər toqquşub, ölən var 

Biləsuvarda avtomobillər toqquşub, ölən var 

Hazırda oxunan: Biləsuvarda avtomobillər toqquşub, ölən var 

71815

Biləsuvar rayonunda avtomobillər toqquşub, ölən var. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, aprelin 27-də saat 11 radələrində Biləsuvar rayonunun Arazbari kəndi ərazisində İmişli rayon sakini A.Qəhrəmanov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən Cəbrayıl rayon sakini V.Yunusovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurmuşdur.

Nəticədə hər iki sürücü və V.Yunusovun 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, sərnişinlərdən Sürəyya Hüseynova ölmüşdür. 

Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO