Narkotikə görə ləğv edilən cinayət məsuliyyəti nəyə XİDMƏT EDƏCƏK? - “Narkomanların 70 faizi potensial satıcıdır”

Narkotikə görə ləğv edilən cinayət məsuliyyəti nəyə XİDMƏT EDƏCƏK? - “Narkomanların 70 faizi potensial satıcıdır”

Hazırda oxunan: Narkotikə görə ləğv edilən cinayət məsuliyyəti nəyə XİDMƏT EDƏCƏK? - “Narkomanların 70 faizi potensial satıcıdır”

71753

Xəbər verildiyi kimi Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilir. Bu barədə Milli Məclisin ötən günkü iclasında müzakirəyə çıxarılan Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklərdə əksini tapıb.

Maraqlıdır, az miqdarda narkotikdən istifadəyə  icazə verilməsi, potensial narkomanların yetişməsinə xidmət etmirmi?
 

MÖVZU İLƏ BAĞLI:

Az miqdarda narkotikə görə cinayət məsuliyyəti LƏĞV OLUNUR


Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov narkotik istifadəçilərinin qarşısını almaq üçün sözügedən qərarı məqsədəuyğun hesab etmir:

“Narkotiki yayanlar məhz narkomanların özləridir. Demək olar 70 faiz narkoman potensial narkotik satandı. Həmin vaxtı onların 80 faizi cinayətkara çevrilir. Dəmir, kondisioner, sayğac və s... oğurlayırlar. Deyək ki, narkoman şərti olaraq 100 manat əldə edir. Həmin 100 manatla 2 qram narkotika alır. 1 qram narkotiki 10 yerə bölüb satır. Kiçik hissələri 10 manata satır. Beləliklə, həm özü üçün saxlayır, həm də sabah narkotik almaq üçün pul qazanır.  Getdikcə bu narkomanlar xəstəlik yayır. Çünki bir müddətdən sonra bu narkomanlar iynəyə keçir”. 

Ekspertin sözlərinə görə narkomanlara 1 qramlıq insulin iynəsi satılmır:
 

“Narkomansan, bizə problem lazım deyil”deyib, onları aptekdən uzaqlaşdırırlar. Nəticədə bir-birlərinin iynəsini istifadə edirlər. QİÇS, Hepatit kimi təhlükəli xəstəliklər yayılır. Bu adamları həm cinayətkar, həm narkotiksatan, həm də xəstəlik yayanlar kimi müalicə etmək lazımdı.


Azərbaycanda cəmi 7 müalicə dispanseri var. Azı 50 dispanserə ehtiyac var. Mən demirəm hamısını müalicə edək. Müəyyən şərtlərlə bəzilərini müalicə edib, bunların 10 faizini cəmiyyətə qaytarmaq olar. Hesab edirəm ki, bu qərarı qəbul etməmişdən öncə, sadaladığım məsələlərə nəzər yetirmək, daha sonra qanun qəbul etməyi tövsiyə edirəm".

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO