Prezident bu aktyorun ailəsinə başsağlığı verdi - FOTO

Prezident bu aktyorun ailəsinə başsağlığı verdi - FOTO

Hazırda oxunan: Prezident bu aktyorun ailəsinə başsağlığı verdi - FOTO

7168

Prezident İlham Əliyev Azərbaycan əsilli Fransa aktyoru Rober Osseynin ailəsinə başsağlığı məktubu göndərib.

Bizim.Media xəbər verir ki, başsağlığı mətnində deyilir:

"Dünya teatr və kino sənətinin görkəmli nümayəndəsi, aktyor, ssenarist, rejissor Rober Osseynin vəfatı ilə əlaqədar Mehriban xanımla birlikdə dərin hüznlə başsağlığımızı veririk".

"Rober Osseynin dolğun səhnə və ekran fəaliyyəti əsnasında canlandırdığı rəngarəng obrazlar, bənzərsiz ifalar, quruluşçusu olduğu çoxsaylı tamaşalar kino və teatr sənətinin parlaq nümunələridir".

"Rober Osseyn Azərbaycanın əsl dostu idi. Azərbaycanlı soy-kökləri ilə fəxr edən Rober Osseyn ölkəmizin hüdudlarından kənarda yaşasa da, qəlbən ata yurduna bağlı idi. Məhz bu səbəbdən o, dəfələrlə ölkəmizə səfər etmişdir. Ona Azərbaycanda hər zaman böyük hörmət və rəğbət bəslənilmişdir. Onunla görüşlərimizi və söhbətlərimizi həmişə ən xoş təəssüratlarla xatırlayıram".

"Unudulmaz sənətkar və səmimi insan Rober Osseynin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO