Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə toyuq cəsədlərinin Sumqayıtçaya atılması ilə bağlı daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.
Bizim.Media xəbər verir ki, Xidmət rəsmisi Fərid Piriyev apa-ya bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb.
Araşdırma zamanı tullantıların yaxınlıqdakı quşçuluq sexinə aid olduğu müəyyən edilib.
Faktla bağlı akt, protokol tərtib edilərək quşçuluq sexinin sahibi Marif Muradov vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunub.
Xidmət rəsmisinin sözlərinə görə, tullantıların ərazidən təmizlənməsi üçün məsul qurumlara göstəriş verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:17 / 27.04.2022
Toyuq cəsədlərini çaya atan sex sahibi cərimələndi
Hazırda oxunan: Toyuq cəsədlərini çaya atan sex sahibi cərimələndi
Hazırda oxunan: Toyuq cəsədlərini çaya atan sex sahibi cərimələndi
71654
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.