Ramazan ayında fitrə zəkatı nə qədər verilməlidir? - VİDEO

Ramazan ayında fitrə zəkatı nə qədər verilməlidir? - VİDEO

Hazırda oxunan: Ramazan ayında fitrə zəkatı nə qədər verilməlidir? - VİDEO

71602

Ramazan ayı fitrə zəkatı kimi vacib əməllə başa çatır. Bir ay boyunca nəfsini, gözünü və dilini sınağa çəkənlər müqəddəs ay bitmədən Ramazanın son vacib əməlini də yerinə yetirirlər.

Bizim.Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Surxay Məmmədli Xəzərxəbər-ə deyib ki, fitrə zəkatı İslam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman Ramazan ayı bitmədən fitrə sədəqəsi verməlidir.

Fitrənin ümumi miqdarı ailə fərdlərinin sayına görə müəyyən edilir. Fitrənin pul şəklində miqdarını isə Qafqaz Müsəlmanları İdarəsi bu il adambaşı 10-15 manat həcmində müəyyənləşdirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO