Motosikletçini döyən “Lexus” sahibi vəzifəsindən çıxarılıb - VİDEO

Motosikletçini döyən “Lexus” sahibi vəzifəsindən çıxarılıb - VİDEO

Hazırda oxunan: Motosikletçini döyən “Lexus” sahibi vəzifəsindən çıxarılıb - VİDEO

71439

Ötən gün paytaxt ərazisində motosikletçiyə qarşı xuliqanlıq əməli törədən “Lexus” markalı avtomobilin sürücüsü ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bizim.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, aprelin 25-də motoroller sürücüsünü döyməklə hüquq pozuntusu törətmiş Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda "Lexus"un sürücüsü motosikletçini döydü - VİDEO


​​​​​​​Ehtimala görə, baş vermiş hadisədən sonra onun hətta inzibati işdə qalması belə mümkün görünmür və o, bu vəzifədən də azad olunacaq.

Qeyd edək ki, Sultan Dadaşovun törətdiyi hadisənin görüntüləri ötən gün yayılıb.

Bizim.Media
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Bizim Media (@bizimmediaaz)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO