Keçmiş kürəkənini öldürən şəxs tutuldu – RƏSMİ AÇIQLAMA

Keçmiş kürəkənini öldürən şəxs tutuldu – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Keçmiş kürəkənini öldürən şəxs tutuldu – RƏSMİ AÇIQLAMA

71437

Aprelin 25-i saat 23 radələrində Salyan rayonu, Təzəkən kəndi ərazisində 1985-ci il təvəllüdlü Faiq Məlikovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Salyan rayon prokurorluğu yayıb.

Aparılmış araşdırmalarla qeyd edilən kənd sakini Məlikağa Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə  əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Məlikağa Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO