Azərbaycan pandemiya dövründə səyahət üçün ən yaxşı ölkələrdən biri seçildi

Azərbaycan pandemiya dövründə səyahət üçün ən yaxşı ölkələrdən biri seçildi

Hazırda oxunan: Azərbaycan pandemiya dövründə səyahət üçün ən yaxşı ölkələrdən biri seçildi

71432

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzi (CDC) Azərbaycanı pandemiya dövründə səyahət üçün ən yaxşı ölkələr qrupuna daxil edib. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Azərbaycan COVID-19-a yoluxma hallarının azalması fonunda 1-ci dərəcəli (yoluxma riski ən az olan) ölkələr siyahısında yer alıb.

Bu dərəcəyə aid ölkələrdə son 28 gündə hər 100 000 sakinə 49 və ya daha az yeni yoluxma halı qeydə alınmalıdır. 

İkinci dərəcəyə - “COVID-19 orta" təyinatını alan istiqamətlərə son 28 gündə hər 100 000 sakinə 50-100 yoluxma halı qeydə alınan ölkələr daxil edilib. Bazar ertəsi Salvador, İndoneziya, Oman, Birləşmiş Ərəb Əmirlikləri bu dərəcəyə aid olunub. 
Qeyd edək ki, CDC-nin yeni sistemində 3-cü dərəcə yüksək yoluxma riski kateqoriyası son 28 gündə 100 000 sakinə 100-dən çox hadisəsi olan istiqamətlərə şamil edilir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO