31 ildir baxımsız qalan Astaranın “Eyfel” qülləsi - FOTO

31 ildir baxımsız qalan Astaranın “Eyfel” qülləsi - FOTO

Hazırda oxunan: 31 ildir baxımsız qalan Astaranın “Eyfel” qülləsi - FOTO

71348

Astaranın Ərcivan qəsəbəsində yerləşən və Fransanın “Eyfel”ini xatırladan teleqüllə baxımsız vəziyyətdədir.

31 ildir görünüşündə heç bir dəyişiklik edilməyən, Astaranın Eyfeli adlandırılan bu teleqüllənin turizm simvoluna çevrilməsi üçün milli arlamentlərimizin əks olunduğu rəmzlərə, neon işıqlarla bəzədilərək daha müasir üsluba gətirilməsi təklif olunur.

Rayonun hər bir ərazisindən görünən və İrana göz dağı olan teleqüllənin nəzarətə götürülməsi üçün aidiyyəti qurumlara çağırışlar edilib. 

Məlumat üçün bildirək ki, 1981-ci ildə 243.9 m hündürlüyündə inşa olunan, poladdan hazırlanan teleqüllədən SSRİ vaxtilə hərbi məqsədləri üçün istifadə edib.  Həmin dövrdə inşa olunan teleqüllə teleötürücü kimi, İran teleyayımlarının qarşısını almaq üçün istifadə olunub. İnşasını koreyalılar həyata keçirib. Hazırda da teleqüllə FM-radio və televiziya yayımının ötürülməsi məqsədilə, həm də mobil təkrarlayıcı kimi istifadə olunur. 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Astara Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Səfail Məmmədov sözügedən təkliflə razılaşaraq, aidiyyəti qurumların bu məsələyə cavabdeh olduğunu bildirib:

”Həmin qüllə fəaliyyət göstərir. Ola bilər qüllənin dəmirləri paslanıb. Amma bu onun baxımsız olduğunu deməyə əsas vermir. Hər halda dediyiniz təkliflə bağlı cavabdeh qurumlar hansısa işləri həyata keçirə bilərlər”.
Rəqəmsal, İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat katibi Pərvanə Əliyeva isə qurumun email ünvanına rəsmi sorğu ilə müraciət etməyimizi istəyib.

Qeyd edək ki, “Konstitusiya” Araşdırmalar Fondu bu günlərdə cənub bölgəsinə mediatur təşkil edib. Tur çərçivəsində rayonun Ərcivan qəsəbəsindən keçən jurnalistlər baxımsız vəziyyətdə olan teleqüllənin görüntülərini lentə alıb. 

Həmin görüntüləri təqdim edirik:



Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO