Azərbaycanda sabah 28 dərəcə isti olacaq

Azərbaycanda sabah 28 dərəcə isti olacaq

Hazırda oxunan: Azərbaycanda sabah 28 dərəcə isti olacaq

71156

Aprelin 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 17-22° isti, Bakıda gecə 11-13° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO