Şəhid övladları Heydər Əliyev Mərkəzində - FOTO

Şəhid övladları Heydər Əliyev Mərkəzində - FOTO

Hazırda oxunan: Şəhid övladları Heydər Əliyev Mərkəzində - FOTO

71153

Vətənimizin ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı və rəhbərliyi ilə döyüşlərə qatılan və xalqımızın zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn Abşeronlu şəhidlərin övladlarının Bakı şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

Bizim.Media xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) binasının qarşısından başlanan səfər zamanı RİH başçısı Abdin Fərzəliyev şəhid ailələri və övladları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Ekskursiyada şəhidlərimizin ailələrini RİH əməkdaşları və İctimai Şuranın könüllüləri müşayiət ediblər.

Gəzinti zamanı şəhid övladlarına Heydər Əliyev Mərkəzi haqqında danışılıb, Azərbaycanın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev və onun gördüyü işlər haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, Mərkəzə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə məlumatlar toplanılıb.

Mərkəz Ulu Öndərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Şəhid övladları adından xatirə olaraq xarı bülbül simvolunu əks etdirən əl işi mərkəzə hədiyyə edilib.

Qeyd edək ki, Abşeron RİH-nin təşkilatçılığı ilə reallaşan bu kimi silsilə maarifləndirici tədbirlərin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO