2021-ci ilin dəbi necə olacaq? - Tanınmış modelyer bəzi detalları açıqladı

2021-ci ilin dəbi necə olacaq? - Tanınmış modelyer bəzi detalları açıqladı

Hazırda oxunan: 2021-ci ilin dəbi necə olacaq? - Tanınmış modelyer bəzi detalları açıqladı

7101

Yeni ilin gəlişi zamanı insanlar əsasən düşünür ki, bu təqvim ona hansı yeniliklər gətirəcək. Və səbirsizliklə təhvil aldığı ilin bir çox sahələrdə proqnozunu gözləyirlər. Kişilərdən fərqli olaraq xanımları maraqlandıran ilk mövzulardan biri dəbdir.

Hər il olduğu kimi fərqli geyim modelləri ilə yadda qalmaq istəyirlər.

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaşlıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Bizim.Media-ya açıqlamasında yeni ilin dəbindən söz açıb:

 

MÖVZU İLƏ BAĞLI:

Modelyerimizin dəfiləsi Amerika platformasında nümayişdədir



“Qara rənglərin hakimiyyəti ilin aktual mövzusu olacaq. Bununla yanaşı qırmızı, yaşıl, zümrüd yaşılı, zeytun yaşılı, fuksiya, boz tonlar, yasəmən rənginin müxtəlif tonları, pudra tonları, süd rəngi və s. rənglər dəbdə olacaq”.

Modelyer söyləyir ki, yaradılan hər bir kolleksiyanın, üslubun öz rəng çalarları dizaynerlər tərəfindən düşünülür. Çünki, bir model bütün rənglərdə uğurlu nəticə vermir.

Ümumiyyətlə 2021–ci ildə dəri, məxmər, trikotaj və parıltılı lateks parçalardan hazırlanmış geyimlər aktual olacaq: 

“Ciddi və rahat geyim üslubları yenə də gündəmdə olacaq. Quramani xatırladan “Patchwork” üslubu artıq necə illərdir ki, dəbdədir. Damalı parçalardan hazırlanmış geyimlər də yenə də dəbdə olacaq. 

Kokteyl və gündəlik geyim tərzinin bir arada təqdimatı, ziyafət geyimləri, krujevadan hazırlanmış geyimlər də bu il təqdim olunub. Daha çox isə gündəlik həyatımızda çox yer verdiyimiz idman üslubu geyim nümunələri öz yerini qoruyub saxlayır. Dublyonkalar, sviterlər, pencək və şalvar dəstləri, papaqlar, sarflər bu mövsüm çox aktual olacaq.

Bu ilin ən populyar mövzusu üst geyim sayılan “şaketlər”olacaq.

Bu geyim növü köynəklə jaketin qibridindən yaranıb. Və nəticədə çox rahat və darıxdırıcı olmayan gündəlik geyim nümunəsi kimi istlfadə olunacaq. Bu geyim nümunəsi daha çox rəngli və damalı isti parçalardan hazırlanır.

Bütün hallarda dəb nə olur-olsun, yaraşanı geyinmək lazımdır. Bununla yanaşı dəbin də çalarlarını unutmayaq”.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO