Əlifba bayramı keçirilməyəcək - TƏHSİL NAZİRLİYİ

Əlifba bayramı keçirilməyəcək - TƏHSİL NAZİRLİYİ

Hazırda oxunan: Əlifba bayramı keçirilməyəcək - TƏHSİL NAZİRLİYİ

70991

"Bu il məktəblərdə Əlifba bayramı keçirilməyəcək".

Bizim.Media xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu barədə "Facebook" hesabında paylaşım edib. 

“Yeni tədris proqramları, eləcə də, təhsilə daha erkən başlama öyrənməni daha çevik edir. Məsələn, 1-ci sinfə gedən uşaqlar artıq 1-ci yarımildə hərfləri öyrənib bitirirlər. Hətta məktəbəhazırlığa gedən uşaqlar 1-ci sinifədək hərfləri öyrənə bilirlər.

Ona görə də bir neçə il bundan əvvəl olduğu kimi, uşaqların hərfləri öyrənməsi ilə assosasiya olunan “Əlifba bayramı”nın may ayında geçirilməsinə lüzum qalmır”, - deyə C.Valehov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO