“Adında “R” hərfi olmayan aylarda balıq yemək olmaz” – NİYƏ? 

“Adında “R” hərfi olmayan aylarda balıq yemək olmaz” – NİYƏ? 

Hazırda oxunan: “Adında “R” hərfi olmayan aylarda balıq yemək olmaz” – NİYƏ? 

70964

Hər il yaz-yay aylarında havanın temperaturunun artması səbəbi ilə bir sıra qidalardan uzaq qalmağa çalışırıq. Kimi isti yeməklərdən, kimisi də tez xarab olan məhsulları istehlak etməkdən imtina edir. Hətta bəzi insanlar qeyd edir ki, adında “r” hərfi olmayan aylarda dəniz məhsulları, xüsusi ilə də balıq yemək olmaz.

Uzun illərdir, məşhur deyimə çevrilən bu məsələ hələ də dillərdən düşmür və insanlar buna inanaraq balıq yeməkdən imtina edirlər.
Bəs görəsən, biz niyə adında “r” hərfi olmayan aylarda balıq yeyə bilmərik? Bu deyim nə dərəcədə doğrudur?

Qida üzrə baş mütəxəssis Ağa Salamov Bizim.Media-ya açıqlamasında bu deyimin haradan qaynaqlandığını dilə gətirib. Onun sözlərinə görə, bu ayda bəzi balıqlar ovlanmamalıdır:

“Adında “r” hərfi olmayan aylarda balıq yeyilməz deyimi yalandır və heç bir elmi əsası yoxdur. Bu deyim balıqların kürü qoyması ilə əlaqədardır. İsti havalarda may, iyun ayında elə balıqlar var ki, onlara kürü qoyur və bu dövrdə onların ovlanması qadağan hesab olunur. Ona görə deyirlər ki, bu aylarda balıq yeməyin. Lakin sözügedən aylarda balıq yeyilərsə, heç bir zərəri, ziyanı olmaz. Lakin balıqların təzə olması və saxlanma şəraitinə diqqət etmək lazımdır. Mənşəyi məlum olarsa, mikrobioloji çirklənməyə məruz qalmayıbsa və düzgün qayda ilə bişirilibsə heç bir zərəri yoxdur”.

A.Salamov həmçinin balıq alarkən hansı məqamlara diqqət etməli olduğumuz haqda məlumat verib. Balığın yeni və ya köhnə olmasını bu hallarda müəyyənləşdirə bilərik: 

Balıq alarkən diqqət edəcəyimiz əsas məqam onun qulançarlarına baxmaqdır. Çox zaman işbazlar həmin yerə çuğundur suyu və ya rəng vuraraq balığı daha yaxşı göstərməyə çalışırlar. Təzə balıqdan dəniz və yosun qoxusu gəlməli və gözləri çölə qabarmış, şəffaf olmalıdır. Bəzən balığın gözləri içəri batmış və bulanıq olur, bu da balığın köhnə olmasından xəbər verir. Balığın üzərini barmaqla basanda iz qalmamalıdır. Həmçinin təzə balığı suya salanda batır, köhnə balıq isə suyun üzünə çıxır. Ağzı açıq olan, qarnı çox şişən balıq da köhnə hesab olunur. Əgər balıq pulcuqlarından təmizlənən zaman əti didilirsə bu da onun köhnə olmasından xəbər verir. Bu tip balıqları “r” hərfi olan aylarda da yeyilərsə, yenə də zəhərlənmə verəcək. Ayların heç bir aidiyyatı yoxdur”, - deyə mütəxəssis bildirib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO