“Wolt” şirkətində kuryer işləyən 100-dən çox işçi bu gün işə çıxmayıb.
Bizim.Media xəbər verir ki, onlar maaş artımı tələbilə şirkətin mobil proqramını dondurublar.
İşçilərin verdiyi məlumata əsasən, “Wolt” şirkəti artıq kuryerlərin bir çoxunu işdən çıxarıb:
“Maaş artımı tələb edəndə şirkətdən hədə-qorxu gəlirlər ki, işləmək istəyən, növbədə gözləyən yüzlərlə insan var. Səni psixoloji olaraq sındıraraq inandırırlar ki, sənin əhəmiyyətin yoxdur, sən sadəcə statistikasan, yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir".
Kuryerlər ötən aylar ərzində həyatın kəskin bahalaşdığını, maaşlarınsa yerində saydığını bildiriblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:32 / 22.04.2022
Bakıda kuryerlər tətil etdi – Maaş artımı tələb edirlər
Hazırda oxunan: Bakıda kuryerlər tətil etdi – Maaş artımı tələb edirlər
Hazırda oxunan: Bakıda kuryerlər tətil etdi – Maaş artımı tələb edirlər
70901
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.