Zaqatalada məscidin nəzir qutusundan pul oğurlanıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinə aprelin 13-dən 15-dək olan müddətdə Göyəm kəndi ərazisindəki məscidin nəzir qutusundan 300 manatın oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qandax kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Anar Osmanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:43 / 22.04.2022
Zaqatalada məscidin nəzir qutusundan pul oğurlandı
Hazırda oxunan: Zaqatalada məscidin nəzir qutusundan pul oğurlandı
Hazırda oxunan: Zaqatalada məscidin nəzir qutusundan pul oğurlandı
70869
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.