Polis intihar etmək istəyən qızın həyatını xilas etdi

Polis intihar etmək istəyən qızın həyatını xilas etdi

Hazırda oxunan: Polis intihar etmək istəyən qızın həyatını xilas etdi

70801

Balakəndə polis intihar etmək istəyən şəxsin həyatını xilas edib. 

Bizim.Media xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayon ərazisində qeydə alınıb. 

Belə ki, Balakən rayon sakini, yeniyetmə X.İlyasova (ad, soy adı şərtidir) şəhərin N.Nərimanov küçəsində yerləşən çoxmərtəbəli binadan özünü ataraq intihar etmək istəyib. 

Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və qızla psixoloji söhbətlər aparılıb.

Yeniyetmə özünü binadan atan zaman polis əməkdaşı onu saxlayıb. Bu zaman hər iki şəxsin həyatı üçün təhlükə yaranıb. Daha sonra ərazidə olan digər polislərin köməkliyi ilə onların hər ikisi xilas edilib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO