Köhnə həmsədr yeni vasitəçi ROLUNDA – Rusiya masada yerini möhkəmləndirə biləcəkmi?

Köhnə həmsədr yeni vasitəçi ROLUNDA – Rusiya masada yerini möhkəmləndirə biləcəkmi?

Hazırda oxunan: Köhnə həmsədr yeni vasitəçi ROLUNDA – Rusiya masada yerini möhkəmləndirə biləcəkmi?

70757

“İlkin olaraq qeyd etmək lazımdır ki, həm Avropa İttifaqı, həm də Rusiya bölgə üzrə öz imkanlarını əldən vermək fikrindən əl çəkməyəcəklər. Hətta deyərdim ki, Brüssellə Moskva bir birini növbələyir. Yadımızdadır ki, keçən il Brüssel görüşünin vaxtı dəqiqləşəndən sonra rəsmi Moskva buna cavab olaraq qısa müddət ərzində hər iki ölkənin dövlət başçılarını Moskvaya dəvət etdi və Brüssel görüşü öncəsi gündəlik müəyyən olundu”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev səsləndirib.

Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan sazişinin hazırlanmasında ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan İqor Xovayevin iştirak edəcəyi ilə bağlı açıqlamasını şərh edən politoloq, ilk növbədə Paşinyanın tərəf olduğu diplomatik addımlara diqqət çəkib:
 

MÖVZU İLƏ BAĞLI:

“Minsk qrupu kimə lazımdır?” - Həmsədrlərin buraxılması məsələsinə REAKSİYA 


“Bu dəfə Brüssel bir qədər cəld tərpəndi. Belə ki artıq mart ayının əvvəlində görüşlərin cədvəli müəyyən olunmuşdu və bilinirdi ki, Paşinyanına Moskvaya səfəri gözlənilir. Bu tarix hardasa 8-9 aprel tarixlərində olmalı idi. Buna cavab olaraq, Brüssel görüşü aprel 6-da təşkil etdi və keçən il müəyyən olunmuş gündəlik üzrə danışıqları davam etdirdi. Hazırda isə Paşinyanın Moskava səfəri davam edir. 

Səfər öncəsi Şarl Mişelin Paşinyanla telefon danışığı da olub. Görünür ki, Ş.Mişel əldə olunmuş razılıqları bir daha Paşinyanın yadına salıb və bu mövqedən geri çəkilməməyi təklif edib. Çünki 6 aprel görüşündən sonra Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən pozitiv bəyanatlar verilib. Belə olan halda Moskvada Paşinyanın Putinlə sülh gündəliyini dəyişmək və ya hansısa korrektələr etmək imkanı bir qədər məhdudlaşır”.

Müsahibimizin sözlərinə görə, əsas diqqət çəkən məqam ondan ibarətdir ki, həm Qərb, həm Avropa, həm də Rusiya başa düşürlər ki, bu danışıqların ATƏT MQ çərçivəsində davam etməsi mümkün deyil: 

“Onsuz da Ukrayna ilə başlamış müharibə həmsədrlər arasında dərin bir narazılıq və anlaşılmazlıq yaradıb. İlkin olaraq bu ölkələr öz aralarında anlaşmalıdırlar ki, sonra hansısa məsələ ilə bağlı fikir də irəli sürə bilsinlər.

Rusiya tərəfində xüsusi nümyəndə təyin edilməsi artıq bir təcrübədir. 90-cı illərdə də bu təcrübə müşahidə olunurdu. İndi isə Rusiya məsələdən kənar qalmadığını və Avropaya cavab mesajı olaraq bu addımı atıb. Sanki, ATƏT MQ-nin təcrübəsindən bu məsələyə yanaşdığını nümayiş etdirir.

Lakin nəzərdən qaçırmaq olmaz ki, Xovayev və onun sələfləri 30 il ərzində bu məsələ ilə bağlı konkret bir iş görməyiblər. Bu təcrübədən çıxış etsək Xovayevin hansısa ciddi addım atmaq şansı olduğunu deyə bilmərik”.
Amid Əliyev vasitəçilik məsələsində əsas söz sahibin Azərbaycan olduğunu diqqətə çatıdırıb:

“Son görüşlər də onu göstərdi ki, bütün masalarda məhz Azərbaycanın tələbləri qəbul olunur. Gündəliyi də Azərbaycan müəyyən edir. Rusiya XİN-in son bəyanatında sülh sazişinin məhz Azərbaycan tələbləri əsasında formalaşdığını bildirməsi bu fikirləri bir daha təsdiqləyir.

Rusiya ilə Avropa tərəfindən vasitəçiliyin hansı həddə və hansı təkliflərlə irəliləməsi isə Ermənistanın konstruktivliyindən və Azərbaycanın prinsipiallığından asılı olacaq. O vaxta qədər isə bu iki güc meydanda bir-birilərini əvəzləmək uğrunda əməliyyatı davam etdirəcəklər”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO