Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində məşğulluq altsistemi fəaliyyət göstərir.
Bizim.Media xəbər verir ki, vətəndaşlar asanlogin.my.gov.az portalı üzərindən məşğulluq altsisteminə daxil olaraq işsiz və işaxtaran kimi qeydiyyatdan keçə bilərlər.
Mövcud durumda ölkə üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və işaxtaran vətəndaşlara təklif olunan ən minimum və maksimum məvacibli işlərin sayı vətəndaşlarda böyük maraq doğurur. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə müraciət edilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda işsizlərin sayı açıqlandı
Qurumdan sorğuya cavab olaraq bildirilib ki, məşğulluq altsistemində bank sistemi yaradılıb:
“Vətəndaşlar vakansiya bankında ölkə üzrə Dövlət Məşğulluq Agentliyinə təqdim edilən və vakansiya bankına yerləşdirilən bütün iş yerləri ilə tanış ola bilərlər. İstənilən vətəndaş öz bilik və bacarığına, təcrübəsinə və təhsilinə uyğun olaraq vakansiyalarla tanış ola və həmin iş yerləri üzrə öz müraciətini formalaşdıra bilər”.
Hazırda məşğulluq altsistemindəki vakansiyalar üzrə əməkhaqqı işəgötürən tərəfindən müəyyən edilir. Baku.ws-in təqdim etdiyi vakansiyalar üzrə əməkhaqqı 400 manatdan 2800 manatadək dəyişir.
İşaxtaranlar məşğulluq altsisteminə daxil olmaq qaydalarını aşağıdakı video vasitəsilə öyrənə bilərlər.
Bizim.Media