Sabah 27 dərəcə isti olacaq - Gecə bəzi yerlərdə...

Sabah 27 dərəcə isti olacaq - Gecə bəzi yerlərdə...

Hazırda oxunan: Sabah 27 dərəcə isti olacaq - Gecə bəzi yerlərdə...

70739

Aprelin 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-19° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.  Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 22-27° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO