Vətən müharibəsi iştirakçıları bu proqrama cəlb edildi - VİDEO

Vətən müharibəsi iştirakçıları bu proqrama cəlb edildi - VİDEO

Hazırda oxunan: Vətən müharibəsi iştirakçıları bu proqrama cəlb edildi - VİDEO

70679

SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bir qrup gələcək mühəndis heyəti ilə onlayn formatda görüş keçirib.

Bizim.Media xəbər verir ki, gəncləri salamlayan baş direktor aksiyanın mahiyyətini açıqlayıb.

Birlik rəhbəri bildirib ki, məqsəd fəhlə kateqoriyasında çalışan ali təhsilli gənclərin qulluqçu kateqoriyasına keçirilmələrinə şərait yaratmaqdır. Belə ki, bir il əvvəl gənclərin müraciətlərinə adekvat olaraq, onlar Mühəndis İnkişaf Proqramına cəlb ediliblər. 

Proqram çərçivəsində 450 nəfərdən artıq işçinin uyğunluğuna baxılıb və onlar arasından 151 nəfər proqrama cəlb olunub.

Fərdi İnkişaf Planları, onların icrası və s. haqqında “Azəriqaz” İB-nin İnsan Resursları Departamentinin rəisi Xəqani Bəşirov ətraflı məlumat verib.

Departament rəisi xüsusi olaraq bildirib ki, 151 nəfər iştirakçının 84-ü Vətən müharibəsi iştirakçısıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO