Fəlsəfə İnstitutunun əməkdaşları Yasamal gəncləri ilə görüşüblər - FOTO

Fəlsəfə İnstitutunun əməkdaşları Yasamal gəncləri ilə görüşüblər - FOTO

Hazırda oxunan: Fəlsəfə İnstitutunun əməkdaşları Yasamal gəncləri ilə görüşüblər - FOTO

70445

YAP Yasamal Rayon Təşkilatının inzibati binasında “Milli maraqlar və xarici siyasət” mövzusunda gənclərlə görüş keçirilib. Görüş Fəlsəfə və Sosiologiya İnstitutunun alimlərinin iştirakıilə baş tutub.

Tədbirdə YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi gənclərdə milli maraqların güclənməsi baxımından çox əhəmiyyətlidir.

Fəlsəfə və Sosiologiya İnsitutunun direktoru İlham Məmmədzadə “Qloballaşma fonunda milli maraqların qorunmasının əhəmiyyətini” qeyd edərək Qloballaşmaya hazırlıq mərhələsində Şuşa bəyannaməsinin vacibliyindən danışıb.

Qloballaşmanın çətin dövründə güclü liderin olmasının demokratiyadan daha vacib olduğunu qeyd edən İlham Məmmədzadə bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəhminə diqqət çəkib.

Çıxışını Qərbyönümlü Siyasətin İkili Standartlarla uzlaşdırılması tezisi ilə davam edən Fəlsəfə İnsitutunun direktoru Azərbaycanın Qərb və Şərq Vektorunda Özünü təşkil etməsi olduğunun vacibliyindən söhbət açıb.

AMEA Fəlsəfə və Sosiologiya İnsititunun  şöbə müdiri Füzuli Qurbanovun çıxışı isə “Bir millət iki dövlət” formulundan məşhur “Qarabağ Azərbaycandır” tezisinə keçidin üzərində qurulub. Bu mənada Heydər Əliyevin fəaliyyəti zamanı əsası qoyulan milli birliyin İkinci Qarabağ müharibəsinə kimi keçdiyi yolun əhmiyyəti fonunda milli ruhda böyüyən Azərbaycan gəncliyinin prezident İlham Əliyevin hakimiyyəti dövründə gücləndiyini qeyd edib.

Bildirib ki, millət anlayışında əsas amil məhz mədəniyyətdir:

“Öz mədəniyyətini yaradıb inkişaf etdirmək bir növ yosuna bənzəyir. Suda, quruda və s mühitdə olmasından asılı olmayaraq yosun özünə yol tapıb böyüyüb inkişaf edir”.

Sonda çıxış edən alimlər gənclərin onlara ünvanladıqları sualları cavablandırıblar.

Leyla Şah, Bizim.Media 























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO