Adına maşın çıxan 3 yaşlı uşağın ailəsinin sosial yardımı bərpa olunacaq? - RƏSMİ CAVAB

Adına maşın çıxan 3 yaşlı uşağın ailəsinin sosial yardımı bərpa olunacaq? - RƏSMİ CAVAB

Hazırda oxunan: Adına maşın çıxan 3 yaşlı uşağın ailəsinin sosial yardımı bərpa olunacaq? - RƏSMİ CAVAB

70382

Goranboyun Balakürd kənd sakini olan Aslanovlar ailəsinin absurd səbəbə görə, sosial yardım ödənişinin kəsilməsi haqda məlumatı diqqətinizə çatdırmışdıq. 

Bizim.Media-nın işıqlandırdığı bu problemə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən operativ şəkildə reaksiya gəldi və problemin həlli istiqamətində məlumatlar verildi.

Lakin vətəndaş Goranboy rayon üzrə Sosial Müdafiə fonduna etdiyi müraciətinin hələ də həll yolu tapmadığını qeyd edir.

Dövlət Sosial Müdafiə Fondundan isə müraciətimizə cavab olaraq bildirildi ki, prosesin hərəkətlənməsi üçün Rəqəmsal İnnovasiyalar Mərkəzi məsuliyyət daşıyır. Onlar verilən məlumatı yenilədikdən sonra nazirlik üzərinə düşən işi icra edəcək. 

Rəqəmsal İnnovasiyalar Mərkəzinin mətbuat katibi Xanım Yadigarlı isə Bizim.Media-nın sorğusunu müsbət cavablandırıb.

MÖVZU İLƏ BAĞLI:

Goranboyda ŞOK HADİSƏ: 3 yaşlı uşağın adına 23 il əvvəl necə avtomobil alınıb? - FOTO


O, bildirib ki, müraciətlə bağlı aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanıb və məsələnin dəqiqləşdirilməsi üzrə işlər aparılır:

“Qanuna uyğun olaraq ünvanlı dövlət sosial yardımın verilməsi üçün müraciət edənin mülkiyyətində mal varlığının yoxlanılması üçün Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin müvafiq İnformasiya sistemlərinin mövcud məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron İnformasiya sisteminə inteqrasiya olunub.

Müvafiq informasiya sistemlərinə əsasən şəxsin mülkiyyətində və ya istifadəsində (etibarnamə əsasında) nəqliyyat vasitəsinin olması ad, soyad, ata adı üzrə yoxlanılır. Vətəndaş Aslanov Hüseyn Əkbər oğlunun ünvanlı dövlət sosial yardımı ilə bağlı 227918000151901 nömrəli müraciəti zamanı Azərbaycan Respublikasının DİN-in müvafiq informasiya sistemindən ad, soyad və ata adına görə yoxlama əsasında eyniadlı ailə üzvü Aslanov Həsən Hüseyn oğlunun mülkiyyətində nəqliyyat vasitəsi aşkar olunub.
 

Artıq müraciətlə bağlı aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanıb və məsələnin dəqiqləşdirilməsi həyata keçirilib. Ərizə üzrə müraciət yenidən emal edilib.


Ailənin maddi-məişət şəraitinin müayinəsi Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölməsi tərəfindən həyata keçirildikdən sonra müraciətin nəticəsinə dair qərar veriləcək. Qərar barədə məlumat vətəndaşa sms formasında göndəriləcək”.

X.Yadigarlı həmçinin qeyd edib ki, sözügedən vətəndaş qərar verildiyi halda müraciət etdiyi ayın 1-dən etibarən ödənişləri almağa davam edəcək:

“Qeyd edək ki , vətəndaşa 01.04.2021-ci il tarixindən ünvanlı sosial yardım təyin olunub və ünvanlı dövlət sosial yardımı 12 ay müddətinə təyin olunduğu üçün 31.03.2022-ci il tarixinə qədər ödənilib.
 

MÖVZU İLƏ BAĞLI:

3 yaşlı uşağın adına 23 il əvvəl alınan avtomobillə bağlı DİN-dən CAVAB - ÖZƏL


Vətəndaşın maddi-məişət şəraitinin müayinəsindən sonra ünvanlı dövlət sosial yardımının təyin edilməsinə dair qərar veriləcəyi halda vətəndaşa müraciət etdiyi ayın 1-dən etibarən ödənişləri ediləcəkdir”.

Xatırladaq ki, şikayətçi Hüseyn Aslanovun 2018-ci il təvəllüdlü oğlu Həsən Aslanovun adına “10XH563” dövlət nömrə nişanlı 1976-cı ilin istehsalı olan avtomobilin olduğu deyildiyi üçün ailənin ünvanlı sosial yardımı alma istəyi nazirlik tərəfindən rədd edilmişdi.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO