Göyçayda iftar süfrəsində kütləvi ZƏHƏRLƏNMƏ - Eyni anda 10 nəfər...

Göyçayda iftar süfrəsində kütləvi ZƏHƏRLƏNMƏ - Eyni anda 10 nəfər...

Hazırda oxunan: Göyçayda iftar süfrəsində kütləvi ZƏHƏRLƏNMƏ - Eyni anda 10 nəfər...

70323

Göyçay rayonunda iftar süfrəsində kütləvi zəhərlənmə qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, bu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Mənsimov bildirib. 

O bildirib ki, hadisə aprelin 18-də rayonun Çərəkə kəndində qeydə alınıb. Belə ki, iftar süfrəsinə toplaşan 10 nəfər zəhərlənib. 

"Bu barədə Göyçay Rayon Polis Şöbəsinə Rayon Mərkəzi Xəstəxanasından məlumat daxil olub. Şöbədə ilkin araşdırma aparılıb. İlkin ehtimala görə, həmin şəxslər pomidordan zəhərlənib. Hazırda zəhərlənən şəxslər ambulator şəraitdə müalicə alırlar. İş üzrə toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib", - DİN rəsmisi vurğulayıb. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"a bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb:

"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək". (Report) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO