Samuxda 37 yaşlı  kişini qətlə yetirən şəxs tutuldu

Samuxda 37 yaşlı  kişini qətlə yetirən şəxs tutuldu

Hazırda oxunan: Samuxda 37 yaşlı  kişini qətlə yetirən şəxs tutuldu

70297

Samuxda rayonunda 1985-ci il təvəllüdlü Elşən Sadiqovu urək nahiyəsindən bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb. 

Bu barədə məlumatı Bizim.Media-nın yerli bürosununa Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqın Qasımov verib.

Onun sözlərinə görə, hadisəni rayonun İstixana qəsəbə sakini,  1973-cü il təvəllüdlü Habil Qasımov törədib. 

Həyata keçrilən əməliyyat tədbirləri zamanı H. Qasımov  tutulub. O, ilkin ifadəsində həmkəndlisini bıçaqla vurduğunu etiraf edib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.
 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO