Başlıbelə gedən yolun TƏMİRƏ ehtiyacı var – “12 km-lik yolu 4 saata qət etmək olmur”

Başlıbelə gedən yolun TƏMİRƏ ehtiyacı var – “12 km-lik yolu 4 saata qət etmək olmur”

Hazırda oxunan: Başlıbelə gedən yolun TƏMİRƏ ehtiyacı var – “12 km-lik yolu 4 saata qət etmək olmur”

70244

Bu barədə məlumatı Bizim.Media-ya əslən Başlıbeldən olan araşdırmaçı jurnalist Xalid Vahidoğlu verib. O, bidlirib ki, bu gün Başlıbel kəndinə gedən Bəylik deyilən ərazidə 12 km-lik bir yol var. “Həmən yol o qədər bərbad vəziyyətdədir ki, məhz o yolu 4 saat-dan tez getmək mümkün deyil. Bir neçə gün oraya səfər edən media orqanları da bu fikrimi təsdiqləyə bilərlər.

Bu yolun təmiri üçün əraziyə sadəcə ekskvator salmaq kifayətdir. Baxmayaraq ki, biz bir neçə dəfə adiyyatı qurumlara müraciət etmişik, amma müraciətimizə hələ də baxılmayıb”.

Başlıbel faciəsi haqqında kitab müəllifi olan Xalid Vahidoğlu onu da qeyd edib ki, Başlıbeli qəhrəmanlıq nümunəsi kimi təbliğ etməliyik, çünki Birinci Qarabağ müharibəsində Başlıbel yeganə kənd olub ki, orada 113 gün partizan müharibəsi aparılıb. 

Jurnalist bildirib ki, Kəlbəcər rayonunun Başlıbel kəndi 1993-cü il Aprein 6-da işğal olunub. Başlıbel Faciəsi isə 1993-cü il Aprelin 18-də yəni, məhz bu gün baş verib:

“Başlıbel sakinləri işğala heç cür inanmırdılar və ona görə də, kənddən ilk olaraq qadınlar və uşaqlar çıxmışdı. O zaman kənddə 62 sakin qalmışdı. Bir nəfər Kəlbəcərin digər kəndindən, 4 nəfər isə Laçın rayonundan gəlmişdi. Həmçinin kəndə 9 nəfər hərbiçi vardı. Onlar ayın 4-ü gəlmişdilər. Aprelin 5- i isə ermənilər Başlıbelə daxil oldu və bundan sonra bizim kəndin insanları mağaralara çəkildilər”. 

Ermənilərin o zamankı qarətndən söz açan Xalid Vahidoğlu bildirib ki, aprelin 18-də kənddəki mal-qaranı yığıb apararkən erməni quldurları oradakı insanların gizləndiyi yeri aşkarladılar:

“Həmin atışmada məhz mağarada bizim kəndin 12 sakini qətlə yetirildi. Onlardan 2 nəfəri azyaşlı, digərləri isə nisbətən yaşlı sakinlər idi. Qətlə yetirilər arasında Laçın rayonundan olan Əhliman kişi və  Zərdab rayonundan olan hərbiçi Vüqar Abdullayev də var idi. Digərləri isə yerli insanlar yəni Başlıbel sakinləri idi. 7-8 nəfər isə Kəlbəcər rayonunun müxtəlif kəndlərində qətlə yetirilib”.

Faciənin ABŞ Dövlət  Departamentinin Demokratiya İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair hesabatında yer almasını da qeyd edən Başlıbel sakini əlavə etdi ki, biz bu gün Başlıbeldə qətlə yetirilən 15 nəfərin taleyi ilə bağlı məlumatlıyıq:

“Torpaqlarımız işğaldan azad olduqdan sonra 2021-ci aprelin 24-də meyidlər Başlıbeldən çıxarılıb ekspertizaya gətirildi və sentyabrın 2-də dəfn olundular.  Bu cəsədləri Başlıbeldə mühasirədə qalan insanlar dəfn etmişdilər. Aprelin 18-də 19 nəfər girov götürülüb, 12 nəfər isə öldürülüb. Qalan 30 nəfər isə iyunun 22-dək dağlarda mühasirə şəraitində gizlənərək yaşayıblar. Öldürülən və girov götürülənlərdən sonda 29 nəfər sağ qalmışdı. O 29 nəfər dağlar və meşələrlə düşmən arxasında döyüşərək oradan Daşkəsənə keçmişdilər. Bir nəfər isə Başlıbeli tərk etməyib. Bu günə kimi onun taleyi ilə bağlı heç bir məlumat yoxdur. Bu  birinci və ikinci dünya müharibəsi iştirakçısı Ələkbər Kazımov idi”.

Jurnalist qeyd edib ki, Başlıbeldə törədilən hadisə təkcə faciə deyil. Yaxşı olardı ki Başlıbeli qəhrəmanlıq nümunəsi kimi təbliğ edərdik:

“Birinci Qarabağ müharibəsində Başlıbel yeganə kənd olub ki, orada 113 gün partizan müharibəsi aparılıb. Qarabağın həmən vaxt düşmən arxasında mübarizə aparan ikinci bir kəndi olmayıb”. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO