Azərbaycanda qız qardaşını yatdığı yerdə baltaladı

Azərbaycanda qız qardaşını yatdığı yerdə baltaladı

Hazırda oxunan: Azərbaycanda qız qardaşını yatdığı yerdə baltaladı

70223

Bu il yanvarın 5-də Astara rayonu Təngərüd kənd sakini, 40 yaşlı İlkin Qənbərovun öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Astara rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Aparılmış istintaqla zərərçəkmişin bacısı, 36 yaşlı Nadirə Qənbərovanın şəxsi münasibətlər zəminində əvvəllər aralarında olmuş mübahisə ilə əlaqədar yanvarın 5-i səhər saatlarında, həmin vaxt yatmış vəziyyətdə olan İlkin Qənbərovun bədəninin müxtəlif nahiyələrinə balta ilə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Nadirə Qənbərova Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO