Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçiləcək.
Bizim.Media "Report"a istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərar layihəsi parlamentin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Belə ki, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Soltan Məmmədovun, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sadiq Qurbanovun namizədliyi irəli sürülüb.
Qeyd edək ki, hazırda Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevdir. Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsi isə hazırda boşdur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:50 / 14.04.2022
Cavanşir Feyziyev vəzifəsindən azad olunur
Hazırda oxunan: Cavanşir Feyziyev vəzifəsindən azad olunur
Hazırda oxunan: Cavanşir Feyziyev vəzifəsindən azad olunur
69643
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.