“Parklanma dəllalları” yenə FƏALLAŞIB – İlk 15 dəqiqə üçün davaya çıxanlar KİMLƏRDİR?  

“Parklanma dəllalları” yenə FƏALLAŞIB – İlk 15 dəqiqə üçün davaya çıxanlar KİMLƏRDİR?  

Hazırda oxunan: “Parklanma dəllalları” yenə FƏALLAŞIB – İlk 15 dəqiqə üçün davaya çıxanlar KİMLƏRDİR?  

69596

Bakıda avtomobillərin qanunsuz parklanması davam edir. “Parklanma dəllalları” hələki tarifləşməyən və müzakirədə olan parkovka özbaşınalığından istifadə edərək yenidən hərəkətləniblər.

Konkret idarəedicisi müəmmalı qalan şəxslər avtomobilini park edən sürücülərdən özlərinə sərf edən məbləğdə tarif tələb edirlər. “Parkovka”ların 5 dəqiqəsi də, 1 saatı da 1 manatdır. Bu durumla üzləşən bəzi sürücülər sosial şəbəkələrdə narazılıqlarını ifadə ediblər. Qanunsuz pul yığan “parkovşik”lərdən təngə gələn sürücülər “parkovka” düyününün tamamailə çözüləcəyi günü gözləyirlər.

Xatırladaq ki, rəsmi qurumlar tərəfindən dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə tənzimləmə hələki təkmilləşdirilməyib.  

Parkinqlə bağlı yeni plan və tariflərin müəyyənləşdirilməsi məsələsi hazırda Nazirlər Kabinetinin müzakirəsində olduğu üçün konkret qərar qəbul olunmayıb.  
 

MÖVZU İLƏ BAĞLI:

15 min parklanma üçün TARİFLƏR nə vaxt TƏSDİQLƏNƏCƏK? 


Məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, dövlətin balansında olan parklanma ünvanları ictimaiyyətə açıqlanmayınca, sözügedən məsələdə problemlər davam edəcək:

“İlk növbədə hazırda dövlətin pulsuz elan etdiyi bütün parklanma yerlərinin ünvanları cəmiyyətə açıqlanmalıdır. Vətəndaşların hər biri və Bakı şəhərinin qonaqları bilməlidir ki, paytaxtın hansı parklanma yerində avtomobilini pulsuz və ya pullu saxlaya bilər. Təssüf ki, bu işi təşkil etməyə borclu olan müvafiq qurumlar bu günə qədər məsələyə biganə yanaşır və bu səbəbdən də cəmiyyətdə qarışıqlıq yaranır. Vətəndaşlar qanunsuz fəaliyyət göstərən parklanma nəzarətçiləri tərəfindən maddi şantaja məruz qalırlar. Sürücü bilmir ki, həmin nəzarətçi həqiqəti danışır, yoxsa yalan deyir. Vətəndaş bilmir ki, həmin parklanma yeri dövlətin balansında olan pulsuz dayanma yeridir, yoxsa özəl şirkətlərin tabeliyində olan pullu parklanmadır. Problemin kökü elə buradan qaynaqlanır. Bu, həll edilməyincə problemlər davam edəcək”. 

Ekspert qeyd edib ki, tariflər vaxtla həyata keçirilir:

“Saatına və sutkasına görə hesablanır. Bakı şəhərində bu tariflər hər saatına görə hesablanmalıdır. Fərqli tariflər olmamalıdır. Paytaxtda yerindən asılı olmayaraq vahid tarif müəyyənləşməlidir.

Eşitdiyimə görə hansısa dövlət qurumu Nazirlər Kabinetinə müraciət edib ki, Bakı şəhərində zonalara görə tariflər müəyyənləşsin. Mərkəzi küçələrdə tariflər baha, kənar küçələrdə isə ucuz olsun. Bu, tamamilə yolverilməz bir məsələdir.

Vahid tarif olmalıdır ki, sosial ədalətsizliyə şərait yaranmasın. Şəhərlərə görə tariflər fərqli ola bilər. Amma eyni şəhərdə fərqli tariflərin olmasının əlaeyhinəyəm. Bu parklanma yerləri dövlətə məxsusdur. Dövlət istəsə, dayanma yerlərini pulsuz da təkil edə bilər. Bunun üçün hər hansı bir qurumun canfəşanlıq etməyinə ehtiyac yoxdur. Hər sasatına görə 50 qəpikdən baha olmamalıdır”. 
Eldəniz Cəfərov onu da əlavə edib ki, Bakı şəhərindəki bütün parklanma yerlərində dövlət ilk 15 dəqiqəni pulsuz elan edib:

“Bu qayda pullu və pulsuz parklanma yerlərinin hamısına aiddir. Təssüf ki, müvafiq qurumlar vətəndaşları bu istiqamətdə marifləndirmirlər. Ən azından Bakı küçələrində bununla bağlı lövhə asılmalıdır. Hər kəs öz işini doğru-dürüst görmüş olsa, xoşagəlməz problemlər də yaranmaz”, - deyə ekspert bildirib.

Xatırladaq ki, hazırda dövlətin balansında 15 min avtomobillik parklanma yeri müəyyənləşib. Amma onların ünvanları ictimaiyyətə açıqlanmayıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO