AZAL Bakı-Berlin reysini bərpa edir

AZAL Bakı-Berlin reysini bərpa edir

Hazırda oxunan: AZAL Bakı-Berlin reysini bərpa edir

69404

“Azərbaycan Hava Yolları" aviaşirkəti 29 may ayından etibarən Bakı ilə Berlin arasında uçuşların yerinə yetirilməsini bərpa edir. 

Bizim.Media xəbər verir ki, bu barədə AZAL-dan bildirilib. 

Belə ki, Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həftədə 2 dəfə - çərşənbə axşamı və bazar günləri aviaşirkət tərəfindən həyata keçiriləcək. 

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq. 

Sözügedən reyslərə yalnız qeyd olunan daşınma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO