Bakıda külək nə vaxt zəifləyəcək? 

Bakıda külək nə vaxt zəifləyəcək? 

Hazırda oxunan: Bakıda külək nə vaxt zəifləyəcək? 

69364

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-ü saat 08:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında küləyin sürəti: Bakıda 26 m/s, Çilov adasında 19 m/s , Neft Daşlarında 15 m/s müşahidə edilir. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrdir.

Gecə və səhər saatlarında Quba, Qusar, Xaltanda hava şəraiti yağıntılı olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcəyədək isti, Naxçıvan MR-da 6-12 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək isti, aran rayonlarında 7-10 dərəcə isti olub.
Bu gün axşama doğru Bakıda və Abşeron yarımadasında da küləyin zəifləyəcəyi gözlənilir.

Qeyd edək ki, ölkə ərazisində ötən axşam və gecə saatlarında küləyin maksimal sürəti 34-38 m/s olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO