Məktəblilərimizdən AVROPADA uğurlu nəticə - 1 qızıl, 2 bürünc medal - FOTO

Məktəblilərimizdən AVROPADA uğurlu nəticə - 1 qızıl, 2 bürünc medal - FOTO

Hazırda oxunan: Məktəblilərimizdən AVROPADA uğurlu nəticə - 1 qızıl, 2 bürünc medal - FOTO

69335

Bu il 6-12 aprel tarixlərində Macarıstanın Eqer şəhərində 11-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) təşkil edilib. 

Bizim.Media xəbər verir ki, 57 ölkədən 222 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub.

Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl, 2 bürünc və 1 “Həvəsləndirici Mükafat” qazanıb. 

Belə ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi  Fidan Qarayeva qızıl medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdləri Fidan Cəfərli və Səfurə Ramizqızı bürünc medala, həmin liseyin IX sinif şagirdi Sevinc Mahmudova isə “Həvəsləndirici Mükafat” sertifikatına layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO