Qida təhlükəsizliyinə dair yeni dövlət standartı qəbul edildi

Qida təhlükəsizliyinə dair yeni dövlət standartı qəbul edildi

Hazırda oxunan: Qida təhlükəsizliyinə dair yeni dövlət standartı qəbul edildi

69266

Azərbaycanda ISO 22000:2018 beynəlxalq standartının yeni versiyası əsasında AZS ISO 22000:2022 “Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” dövlət standartı qəbul edilib. 

Bu barədə Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə əsasən xəbər verir. 

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin dəstəyi ilə hazırlanan standart layihəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Standartın tətbiqi ölkədə qida məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin idarə edilməsi və bu sahə üzrə qida zəncirində iştirak edən təşkilatların fəaliyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına, həmçinin qida məhsullarının keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO