Şahbaz Quliyev 6 ildən sonra anası ilə görüşdü - VİDEO

Şahbaz Quliyev 6 ildən sonra anası ilə görüşdü - VİDEO

Hazırda oxunan: Şahbaz Quliyev 6 ildən sonra anası ilə görüşdü - VİDEO

6924

6 ildən sonra Ermənistandakı girovluqdan azad edilən Şahbaz Quliyev evinə dönüb. 

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə Şahbaz Quliyevin anası və digər ailə üzvləri ilə görüşünü əks etdirən görüntülər yayılıb. Ana sevinc göz yaşları ilə oğluna sarılıb. 

Xatırladaq ki, Şahbaz Quliyev Dilqəm Əsgərovla birgə 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.

Onlar dekabrın 14-də Bakıya qaytarılıb. Xəstəxanada müalicə aldıqdan sonra evlərinə buraxılıblar. 

Bizim.Media

 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO