Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il aprelin 21-də saat 10:00-da Füzuli rayon prokurorluğunun inzibati binasında Füzuli, Beyləqan və Xocavənd rayon sakinlərinin qəbulunu keçirəcək.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.
Mənbə yazır ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Füzuli rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:28 / 12.04.2022
Füzuli və Xocavənd rayon sakinlərinin NƏZƏRİNƏ: “Bu tarixdə...”
Hazırda oxunan: Füzuli və Xocavənd rayon sakinlərinin NƏZƏRİNƏ: “Bu tarixdə...”
Hazırda oxunan: Füzuli və Xocavənd rayon sakinlərinin NƏZƏRİNƏ: “Bu tarixdə...”
69168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.