Bakıda bir mənzili bir neçə nəfərə satan şirkət rəhbərindən XƏBƏR var

Bakıda bir mənzili bir neçə nəfərə satan şirkət rəhbərindən XƏBƏR var

Hazırda oxunan: Bakıda bir mənzili bir neçə nəfərə satan şirkət rəhbərindən XƏBƏR var

69156

Bakıda dələduzluqda ittiham olunan "Meqa-Siti Holdinq” MMC-in təsisçisi Fariz Nuriyevin barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

İş üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb.

Qeyd edək ki, Fariz Nuriyev barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.
İttihama görə, Fariz Nuriyev şirkətin inşa edilən yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO