Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 3 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Bizim.Media-ya bildirilib ki, İdarənin Biləsuvar gömrük postunda İrandan gələn 2 ədəd “Dongfeng” və “Dong Feng Kaveh” markalı yük nəqliyyat vasitələri gömrük nəzarətindən keçən zaman saxlanılıb və kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 7600 ədəd “Manchester” markalı siqaret aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:01 / 12.04.2022
Siqaretlərin qanunsuz yolla ölkəmizə gətirilməsinin qarşısı alındı – FOTO
Hazırda oxunan: Siqaretlərin qanunsuz yolla ölkəmizə gətirilməsinin qarşısı alındı – FOTO
Hazırda oxunan: Siqaretlərin qanunsuz yolla ölkəmizə gətirilməsinin qarşısı alındı – FOTO
69136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.