Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək

Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək

Hazırda oxunan: Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək

69129

Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da klassik avtomobillərin yürüşünü keçirəcək. Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcəklər.

Bizim.Media xəbər verir ki, bununla əlaqədar olaraq, AAF klassik avtomobil sahiblərini və avtomobil həvəskarlarını tədbirdə iştiraka dəvət edir.

1982-ci ilədək istehsal olunan klassik avtomobil sahibləri 23 may saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər.

Qeydiyyat üçün əlaqə: (012) 505 60 03 və ya (050) 295 01 00, imeyl: [email protected]

Qeydiyyatdan keçən avtomobil və sahibləri 29 may tarixində saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO