Arvadını çəliklə döyən 82 yaşlı kişi həbs edildi

Arvadını çəliklə döyən 82 yaşlı kişi həbs edildi

Hazırda oxunan: Arvadını çəliklə döyən 82 yaşlı kişi həbs edildi

69059

Beyləqanda 81 yaşlı arvadını çəliklə döyərək komaya salan Nuru Həsənov məhkəmə qarşısına çıxarılıb.

Bizim.Media xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, qeyd edilən faktla bağlı Nuru Həsənov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Rəsmi məlumata görə, aprelin 7-i saat 12 radələrində Beyləqan rayon sakini, 1941-ci il təvəllüdlü Dilarə Həsənovanın yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 82 yaşlı kişi 81 yaşlı arvadını çəliklə döydü


Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1940-ci il təvəllüdlü Nuru Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ağacdan hazırlanmış çəliklə Dilarə Həsənovanın başına və bədənin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO