Şabranda qəza - Ərlə arvad ağır yaralandı

Şabranda qəza - Ərlə arvad ağır yaralandı

Hazırda oxunan: Şabranda qəza - Ərlə arvad ağır yaralandı

69054

Gəndab-Yalama yolunun Şabranın Söhbətli kəndindən keçən hissəsində baş verən qəzada  yaralananların şəxsiyyəti məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Xaçmaz rayon sakini Rasim Mədətovun idarə etdiyi "Mersedes"markalı avtomobillə Şabranın Ağalıq kənd sakini Rəhman Hüseynovun  idarə etdiyi Vaz-21015 markalı avtomobil toqquşub.

Xəsarət alan Rəhman Hüseynov və həyat yoldaşı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

*** 15:07

Gəndab-Yalama yolunun Şabranın Xırdaoymaq kəndindən keçən hissəsində Vaz-21015 markalı avtomobillə "Mercedes" markalı maşın toqquşub.  

Bizim.Media xəbər verir ki, nəticədə Vaz-21015-in sürücü və xanım sərnişini yaralanıb.

Xəsarət alanlar Şabran rayon mərkəzi xəstəxanasının təcili yardım avtomobili ilə tibb müəssisəsinə çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır.  

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO